| 2006-ci il iyun ayının 19-dan 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində Jazz Festivalı keçiriləcəkdir. Festivalda dünya cazının ulduzları El Cerrou, Herbi Henkok, dünyanın bir sıra başqa ölkələrini (Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və b.) təmsil edən musiqiçilər, eləcə də Azərbaycanın caz kollektivləri iştirak edəcəkdir. Bakıda bu qədər geniş miqyaslı jazz festivalı keçirilməsi sayca ikinci dəfədir. Ötən il Bakı Jazz Festivalının əsas qonağı əfsanəvi Co Zavinul və onun «Syndicate» qrupu olmuşdu.
Festivalın prodüseri Rain Sultanov bildirmişdir ki, postsovet məkanı ölkələrində bu cür musiqi bayramlarının keçirilməsi xüsusilə vacibdir. Bu gün Bakıda Jazz festivalı keçirilməsi – ilin mədəni həyatında dünya ölkələrinin caz ənənələrini və caz fəlsəfəsini təcəssüm etdirən çox mühüm hadisə kimi qiymətləndirilməyə layiqdir.
“Baku Jazz Festival 2006” altı meydanda - Bakı Caz Mərkəzində, Heydər Əliyev adına Sarayda, Şövkət Məmmədova adına Opera Studiyasında, Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, «1033» klubunda və Fəvvarələr meydanındakı açıq səhnədə keçiriləcəkdir.
Iyunun 21-də və 22-də Heydər əliyev adına Sarayda amerika müğənnisi, caz vokalının kralı sayılan El Cerrou konsertləri olacaq, iyunun 27-də isə sözün həqiqi mənasında festivalın «qızıl konserti» adlanmağa layiq olan bir tədbir keçiriləcək – həmin gün Heydər Əliyev adına Sarayda yüksək peşəkar səviyyəsi ilə seçilən, səkkiz dəfə «Grammy» mükafatına layiq görülmüş Herbie Hancock qrupu çıxış edəcəkdir.
Ötənilki festivalda olduğu kimi, bu il də hər gün saat 23.00-da Bakı Jazz Mərkəzində yerli musiqiçilərin və Festivala xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə seyşnlər təşkil ediləcəkdir.
El Cerrou
El Cerrou – vokalist
Kris Uolker – bas
Ross Bolton – gitara
Mark Simmons – zərb alətləri
Co Turano – klavişlər, saksafon
Lerri Uilyams – klavişlər
|
 |
Herbi Henkokun kvinteti
Herbi Henkok – fortepiano
Lionel Löke – gitara və vokal
Riçi Barşey – zərb alətləri və perkussiya
Mett Qarrison – bas
Lili Haydn – skripka və vokal
|
 |
Barbara Li Meyerin kvarteti
Barbara Li Meyer – vokal
Kristof Zanger – fortepiano
Rudi Engel – kontrabas
Key Lübke – zərb alətləri
|
 |
GACHAGACH
Kliment Hacıbəyli – zərb alətləri
Devid Bro – Bas və 5 simli
Emmanuel Lüsi – klavişlər
|
 |
Shay & Roni
Şey Maoz – fortepiano
Roni Trioş – saksafon
|
 |
“Accabbanna”
Olivia Sellerio – vokal
Campaolo Kasati – trombon
Qaspare Palassolo – saksafon
Enriko Tobia Vakkaro – gitara və skripka
Mauro Şiavone – fortepiano
Pyetro Leveratto – bas
Covanni Apprendi – perkussiya
|
 |
Tbilisi” caz triosu
David Mazanaşvili – fortepiano
Nodar Ekvtimişvili – bas
Qiya Salaqaşvili – zərb alətləri
|
 |
Vaqif Sadıxovun qrupu
və Karina Kojevnikova
Karina Kojevnikova – vokal
Vaqif Sadıxov – fortepiano
Dmitri Mospan – saksafon
Alexander Maşin – zərb alətləri
Anton Revnük – double bass
|
 |
Bobo Stensonun triosu
və Rain Sultanov
Bobo Stenson – fortepiano
Nils Olmedal – kontrabas
Rune Karlsson – zərb alətləri
Rain Sultanov – saksafon
|
 |
Mariya Joaonun və Mario Laginyanın kvarteti
Maria Joao – vokal
Mario Laginya – fortepiano
Aleksandre Frazao – zərb alətləri
Yuri Daniel Ferreyra de Souza – bas
|
 |
Cavan Zeynallının triosu
Cavan Zeynallı – vokal, fortepiano
Rauf Sultanov – kontrabas
Vagif Əliyev – zərb alətləri
|
 |
“Arena” Caz Orkestri
“Arena” Caz Orkestri
Cavan Zeynallı – vokal
Natavan Cəbiyeva – vokal
|
 |
Elnarə Həsənli
və Vitaliy Volkovun triosu
Elnarə Həsənli – vokal
Vitaliy Volkov – fortepiano
Ruslan Hüseynov – kontrabas
Serqey Krasnyanskiy – zərb alətləri
|
 |
“Savab” qrupu və Sevda ələkbərzadə
Cəmil Əmirov – klavişlər
İskəndər Ələsgərov – zərb alətləri
Emil Həsənov – bas / qitara
Şirzad Fətəliyev – zurna, balaban
Sevda Ələkbərzadə – vokal
|
 |
Rafiq Vəlimətov və qrupu
Rafiq Vəlimətov – gitara
Barat Rəhimov – gitara
Serqey Krasnyanskiy – zərb alətləri
İlqar Novruzov – klavişlər, fortepiano
Zaur Şixbabayev – bas gitara
|
 |
Rauf Sultanovun kvarteti
Rauf Sultanov – kontrabas
Vitaliy Volkov – fortepiano
Rafiq Vəlimətov – gitara
Serqey Krasnyanskiy – zərb alətlər
|
 |
Emil İbrahim
Emil İbrahim – fortepiano
Ruslan Hüseynov – kontrabas
Aleksandr Maşin – zərb alətləri
Tofiq Cabbarov – perkussiya
|
 |
“Orient Xpress”
Anar Yusifov – vokal, klavişlər
Aleksandr Makarenko – gitara
Elvin Behbudov – bas
Emil Əliyev – zərb alətləri
|
 |
Emil Məmmədovun triosu
Emil Məmmədov – fortepiano
Ruslan Hüseynov – kontrabas
Vagif Əliyev – zərb alətləri
|
 |
Şahin Növrəsli
və onun Nyu-Yorklu dostları
Şahin Növrəsli – fortepiano
Natan Pek – kontrabas
Met Zebroski – zərb alətləri
Cef Lederer – saksafon
|
 |
|